İlham Əliyev idmançılarımızı qəbul edəcək

Ötən gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb.

Yenicag.az xəbər verir ki, “Bakı-2017″də medal qazanan 162 idmançımız, eləcə də komanda yarışlarında uğur qazanan millilərimiz səhər saatlarında Milli Olimpiya Komitəsinin inzibati binasında toplaşıblar.

Çünki bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İslamiadada uğur qazanan idmançılarımızı və onların məşqçilərini qəbul edəcək.

Bu səbəbdən MOK-da bir araya gələn təmsilçilərimiz, dövlət başçısı ilə görüşmək üçün saat 11:00-da sözügedən məkandan ayrılıblar.

Yenicag.az

Loading...