!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlham Əliyev MDB zirvəsində qalib Azərbaycanın mövqeyini dünyaya bəyan etdi” - Qabil Hüseynli

!Reklam – Yazi

“Erməni işğalı dövründə Qarabağdakı mədəniyyət abidələrimiz, məscidlər və qəbiristanlıqlarımız dağıdılıb, məscidlərdə donuz saxlanılıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitində çıxışı zamanı erməni vandalizminə geniş yer verməsini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, prezidentin sammitdə etdiyi ətraflı çıxış MDB ölkələri liderlərinin daha geniş məlumatlandırılması baxımından, mühüm hadisədir:

“Öncə onu təəssüflə qeyd edim ki, MDB ölkələri də zamanında Qarabağ münaqişəsinə çox laqeyd münasibət göstəriblər. Bu amil də münaqişənin dərinləşməsində müəyyən rol oynayıb.

Bəli, əvvəl Robert Köçəryan, daha sonra isə Serj Sərkisyan öz fəaliyyətləri dövründə Azərbaycana qarşı müharibə ilə məşğul olublar, torpaqlarımızın işğalında birbaşa iştirak ediblər.

Bu işğal faktı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsə də, Ermənistan rəhbərliyi həmin sənədlərin icrasına əhəmiyyət verməyib. Eyni zamanda, danışıqlar prosesində də müəyyən nəticəyə gəlinməsi cəhdlərinin qarşısını alıblar.

Bildiyiniz kimi, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində daşı daş üstündə qoymayıblar, yaşayış məntəqələrimizi xarabalığa çeviriblər, Ağdam kimi şəhər dünya miqyasında “Rular şəhəri” kimi tanınır, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində bir salamat yer qoymayıblar.

Eyni zamanda, erməni işğalı dövründə Qarabağdakı mədəniyyət abidələrimiz, məscidlər və qəbiristanlıqlarımız dağıdılıb, məscidlərdə donuz saxlanılıb. Evlərin damını-daşını söküb aparıblar, qalanını isə yararsız vəziyyətə salıblar.

Deyim ki, Faşist Almaniyası İkinci Dünya Müharibəsində Sovet İttifaqına qarşı apardığı müharibədə bu qədər vəhşilik etməmişdi. Faşistlər uzaqbaşı evləri yandırırdılar. Ermənilər isə evlərdən yandıqdıqlarını yandırıb, yandırmadıqlarını isə ya söküb aparıb, ya da onlardan müdafiə məqsədilə istifadə ediblər.

Qarabağın gözü olan Ağdama baxanda, adamın nəzərində həqiqətən də, bir xəyalət-şəhər canlanır.

Hesab edirəm ki, erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla yanaşı, həm də bu dağıntılara, Azərbaycana vurulan ziyana görə Ermənistana qarşı xüsusi ittiham qaydasında qərar çıxarmaq lazımdır. Çünki istər böyük, istərsə də lokal müharibələrdə bu qədər vəhşilik, vandalizm törədilməyib.

Prezident İlham Əliyev çıxışında haqlı olaraq bu məsələni MDB ölkələri dövlət başçılarının diqqətinə çatdırıb. Bu, həm MDB ölkələri liderlərini məlumatlandırmaq, həm də qalib ölkə olaraq, Azərbaycanın mövqeyini dünyaya bəyan etmək baxımından, çox mühüm hadisədir”.

Səxavət Məmməd

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv