İlham Əliyev polşalı həmkarını təbrik etdi

media-hightechnic-468x90

ilham_eliyev_heyderelyevfondu9Azərbaycan prezidenti İlham Əliyev Andjey Dudanı Polşa prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Duda, Polşa Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycanla Polşa arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600