!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Sumqayıtda açılışlar etdi - YENİLƏNDİ 2

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə yaradılan sənaye parkları barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ölkəmizdə sənaye parklarının yaradılması istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır.

Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür. İqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır. Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu müəssisələrdən biridir. Müəssisə Parkda fəaliyyətə başlayan 17-ci rezidentdir. “Azmonbat”da istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Məlumat verilib ki, müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İstehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

“Azmonbat” MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib.

***

Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.

Qeyd edək ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərman bu sahədə mühüm “yol xəritəsi” olmaqla onun icrası ilə bağlı kompleks qanunvericilik və praktiki tədbirlər görülür. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı gücləndirilib. Bu sahədə infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində yeni məhkəmə bina və komplekslərinin inşası, onların ən müasir İKT qurğuları ilə təchizi xüsusi yer tutur. Sumqayıt Məhkəmə Kompleksinin inşası da bu istiqamətində icra olunan layihələrdən biridir. Bu, respublikamızda inşa olunan sayca dördüncü məhkəmə kompleksidir.

Kompleks Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. “Bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Məhkəmə zallarında proseslərə “Elektron məhkəmə” informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması və şəffaflığın təmin edilməsi üçün “Femida” sistemi quraşdırılıb. Burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək. Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək.

Prezident İlham Əliyevə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalar barədə də məlumat verildi, bununla bağlı videoçarx nümayiş etdirilib.

Bildirilib ki, dövlətimizin başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, onlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, şəffaflığın artırılmasına, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlib.

***

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Qeyd edək ki, son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə də yaradılan şərait Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir. Paytaxtla yanaşı, digər şəhərlər də yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının olduğunu göstərir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik yetişdirilməsidir.

***

Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Prezidentiİlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv