İlham Əliyev türkiyəli həmkarını təbrik etdi

media-hightechnic-468x90

a0031efaef6bc8c3f488c5de518734f4Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, dövlət başçısı türkiyəli həmkarını hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib, Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600