İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Virtualaz.org saytı AzərTAc agentliyinin məlumatına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edilib, bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin “Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşdırıldığı qeyd olunub, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirilib.
www.yenicag.az