İlham Əliyevdən dünyaya DÖVLƏT QÜRURU DƏRSİ

media-hightechnic-468x90

Bu gün dünyadakı super güclər, super dövlətlər kiçik dövlətlərə yuxarıdan aşağı baxmağa öyrəşiblər.

media-banner_tkm

Onlar düşünür ki, ərazi kiçikdirsə, səs də asta çıxmalı, bunların etdiyi şıltaqlıqların qarşısında susulmalıdır.

Amma Azərbaycan bu qaydasız qaydanı pozdu.

Ümumiyyətlə İlham Əliyevin prinsipiallığının iki mühüm əsası var:
birincisi – DÖVLƏT QÜRURU,
ikincisi – VƏTƏNDAŞIN TALEYİ.

İlham Əliyev Azərbaycanı kağız üzərində xəritə kimi yox,
canlı insan kimi görür.

Elə buna görə də Şuşaya ilk səfərində şəhərlə sanki insan kimi danışırdı. “Şuşa, biz qayıtdıq və səni bərpa edəcəyik.

Çünki vətənin ağrısını öz ağrısı kimi hiss edir.
Onun şərəfini öz şərəfi kimi qoruyur.

Bunun üçün təyyarə qəzasını göydə eşidər eşitməz geri döndü və şərtlərini sıraladı.

Və məhz o anda məsələ hüquqdan da, diplomatiyadan da böyük oldu.
Məsələ DÖVLƏT QÜRURU məsələsinə çevrildi.

İlham Əliyev öz vətəndaşını sona qədər müdafiə etdi.
Susmadı.
Geri çəkilmədi.

Putin kimi bir dünya lideri, Avropanın qorxulu röyası
Azərbaycan prezidentindən nə az, nə çox – üç dəfə üzr istədi.

Amma İlham Əliyev qane olmadı.

Çünki burada söhbət təkcə üzrdən getmirdi.
Burada söhbət İlham Əliyevin vətəndaşının həyatından gedirdi.
Burada söhbət dövlətin şərəfindən, millətin qürurundan gedirdi.

Azərbaycan dövləti zatən o qəzada həyatını itirən hər bir vətəndaşa
ən yüksək dəyəri verdi.
Qayğı göstərdi.
Arxasında dayandı.

Onun üçün İlham Əliyev üzrü yetərli saymadı.
Ədalət tələb etdi.
Və bunun üçün kompensasiya tələbində israr etdi.

Bu tələb pul üçün deyildi.
Bu tələb DÖVLƏT QÜRURU üçün idi.

İlham Əliyev ərazi baxımından kiçik olsaq da
qürurumuzun sındırılmasına imkan vermədi.
Sona qədər dövlətin nüfuzunu qorudu
və Rusiya kimi supergücün qarşısından çəkilmədi.

Və bu gün ortaya çıxan nəticə – təkcə bir hadisənin hüquqi yekunu deyil, DÖVLƏT QÜRURUNUN
qorunmasının siyasi qələbəsidir.

Bu gün dünya gördü ki,
Azərbaycan susan, geri çəkilən dövlət deyil.

Bu dövlətin başında
üzrlə kifayətlənməyən,
ədaləti sona qədər tələb edən,
DÖVLƏT QÜRURUNU qoruyan lider dayanır.

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05