Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetonı bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
Yenicag.az xəbər verir ki, dövlət başçısının təbrik məktubunda qeyd olunub ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqların mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək.