!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevə təbrik məktubları gəlməyə davam edir

!Reklam – Yazi

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu illər ərzində Azərbaycan Respublikası siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə, xalqın rifahının yaxşılaşdırılmasında və beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsində sanballı uğurlar qazanıb.

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə söykənən qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcəkdir. Fərəhlə qeyd etməliyik ki, son illər ərzində ölkələrimiz arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

 

***

 

İsveç Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm”.

www.yenicag.az

143
Ads
www.veteninfo.com
!Reklam – Arxiv