Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”

Reklam: Sinerji Pro

Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

Dövlət başçısı ilə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi Niyyət Protokolunun əhəmiyyəti qeyd edilə bilər.

Sənədə əsasən Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq. Bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq.

Neft İxrac edən Ölkələr Təşkilatının baş katibi, Pakistan İslam Respublikasının baş naziri, Xorvatiyanın baş naziri ilə görüşlərdə mühüm məsələlər müzakirə olunub, o cümlədən enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məsələyə münasibət bildirən ekspert Cəbrail Fərzəliyev bildirib ki, bütün bunları nəzərə alaraq Davos görüşünün hər zaman olduğu kimi, bu dəfə də mühüm əhəmiyyətə malik olduğunu qeyd etmək olar.

“Bu səfər bir növ onu göstərir ki, mötəbər təşkilat Azərbaycanla münasibət qurmağa, əməkdaşlıq etməyə xüsusi önəm verir. Digər tərəfdən bu Forum dünya biznes liderlərinin, ölkə başçılarının toplandığı yerdə Azərbaycanın öz sözünü deməsi üçün çox vacibdir.

Eləcə də bu Forum faydalı kontraktların, müqavilələrin, əməkdaşlıqla bağlı konkret addımların atılması üçün də əhəmiyyətlidir.

Dünya İqtisadi Forumu da onu göstərdi ki, biz bundan yararlanmışıq. Dövlət başçımız orada bir çox mühüm görüşlər keçirib. Cənab İlham Əliyev mötəbər maliyyə qurumlarının, neft şirkətlərinin, bizlə əməkdaşlıq edən ölkələrin rəhbərləri ilə görüşüb. Bu görüşlər əsnasında müqavilələr imzalanıb və qərarlar qəbul olunub. Onlar Azərbaycanı hal-hazırda regionun ən aparıcı dövləti və eyni zamanda aparıcı bazarı olaraq tanıyırlar”.

www.yenicag.az

720