!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İlham Əliyevlə bu barədə danışmışam" - Blinken

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətlərindən danışıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, hazırda tərəflər arasında sülh yolu ilə razılaşmalar əldə etmək üçün unikal imkan var.

Diplomat qeyd edib ki, ABŞ fəal şəkildə diplomatik vasitələrə əl atır, Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışır: “Ölkələr arasında sülh sazişlərinin həyata keçirilməsi üçün unikal imkan var ki, bu, onilliklərlə davam edən münaqişəni dayandıracaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, Şərq, Qərb, Cənub və Şimal ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq. Azərbaycan bu işdə həlledici rol oynamalıdır.

Və düşünürəm ki, bu, həqiqətən də indi mövcuddur. Mən təxminən bir həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə bu barədə danışmışam. Hesab edirəm ki, bu, həyata keçirilə bilər və Azərbaycan və Ermənistan xalqlarının, eləcə də bütün regionun maraqlarına tam uyğundur”.

www.yenicag.az

69
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv