İlham MƏMMƏDZADƏ: Korporativ idarəetmə nədir?

media-hightechnic-468x90

10604626_10202746612050632_8860854052480800160_oKorporativ idarəetmə – şirkətin rəhbərliyi, müşahidə şurası, səhmdarları və digər maraqlı şəxslər arasında qarşılıqlı münasibətlər kompleksidir. Korporativ idarəetmə sistemi şirkətin idarə edilməsi və ona nəzarət üçün nəzərdə tutulmuş struktur və proseslərdən ibarət olub, əsas məqsədi şirkətlərdə ədaləti, şəffaflığı və qarşılıqlı cavabdehliyi təşviq etməklə davamlı inkişafa nail olmaqdır.
Effektiv korporativ idarəetmə sistemi daha yaxşı nəzarət və strateji planlaşdırma, əməliyyat risklərinin və məhkəmə çəkişmələrinin azalması deməkdir. Bu sistemin tətbiqi şirkətlərdə şəffaflığı təmin etməklə şirkətlərin beynəlxalq nüfuzunu artırır, investisiyaların cəlb olunmasını asanlaşdırır, cəlb olunan kapital üzrə xərcləri azaldır.
Bununla belə, korporativ idarəetmə sadəcə prosedur və qaydalardan ibarət deyil. Bu, idarəetməyə fərqli baxışdır: “öz maraqlarını digərlərinin maraqlarında görmək bacarığıdır”.
Əvvəllər investorlar şirkətlərin rəqabətqabiliyyətliyini, maliyyə vəziyyətini daha çox diqqət mərkəzində saxlayırdılarsa, hazırda korporativ idarəetmə indeksi daha aktual məsələyə çevrilmişdir və ona görə də investisiya cəlb etməyə çalışan şirkətlər ilk öncə korporativ idarəetmə sistemlərini təkmilləşdirməyə çalışmalıdırlar.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600