Günü-gündən inkişaf edən tibb regenerativ təbabətdə bir çox yeniliklər əldə edib. Bu səbəbdən TƏBİB və Türkiyənin tanınmış kök hüceyrə laboratoriyasi Stembio nəzdində fəaliyyət göstərən StemCell School-un təşkilatçılığı ilə ilk dəfə Beynəlxalq kök hüceyrə və Regenerativ tibb konqresi baş tutacaq.
Konqresin əsas məqsədi regenerativ tibb və kök hüceyrə tətbiqlərində əldə ediən uğurlu nailiyyətləri paylaşmaq və təsdiqlənmiş protokollar üzrə məlumat verməkdir. Bu səbəbdən də 15-dən çox dəvət olunmuş professorların, elmi namizədlərin iştirakı ilə baş tutacaq konqressdə xüsusi praktik master klasslar da canlı olaraq keçiriləcəkdir.
Kongressdə prof.dr.Mehmet Bozkurt, prof.dr. Utku Atəş, prof.dr. Serhat Pusat, dos.drş Perçin Çaşkan kimi tanınmış həkimlər öz təcrübələrini paylaşacaqlar.
Konfrans yerli və xarici məruzəçilərin çıxışı ilə aşağıdakı panelləri əhatə edəcək:
– Dermotologiya- kosmetologiya
– Nevrologiya
– Oftalmologiya
– Travmatologiya
– Ginekologiya- Urologiya
– Plastik cərrahiyyə
Konfransda elmi çıxışlarla yanaşı praktiki master klasslar da keçiriləcəkdir.
Keçirilmə tarixi: 7-8 May 2024-cü il
Məkan: Holiday İnn otel
Qeydiyyat və iştirak şərtləri ilə bağlı bu nömrələrlə əlaqə saxlaya bilərsiniz: +994 997 77 26 29
Sosial şəbəkə hesabı: StemCell School (@stemcell_school) • Instagram photos and videos
www.yenicag.az