“İLK İNŞAAT” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

media-hightechnic-468x90

“İLK İNŞAAT” tikinti şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

Yenicag.az xəbər verir ki, şirkət koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığına və rifahına dəstək olmaq məqsədilə fonda 300 min AZN məbləğində vəsait köçürüb.

“İLK İNŞAAT” tikinti şirkəti müştəriləri üçün etibarlı və rəqabətli texniki həllərin hazırlanmasında ixtisaslaşmış şirkətdir.

Təcrübəli mütəxəssislər tərəfindən dəstəklənən və inkişaf etmiş bir idarəetmə quruluşuna sahib olan şirkətimiz Azərbaycan, BƏƏ, Haiti, Qazaxıstan, Malayziya, Rusiya, Türkiyə, Türkmənistan və Venesuelada mühəndis-tikinti xidmətlərinin aparıcı təminatçısı olaraq idarəetmə sistemləri, texnologiyaları, ixtisaslaşmış kadr və maliyyə potensialına malikdir.

Biz özümüzü layihələndirmə planlarının hazırlanması və tikintisini təklif edən peşəkar tərəfdaş olaraq görürük.

Biz adıçəkilən ölkələrdə bir çox layihə və rekonstruksiya işlərini həyata keçirmişik.

Şirkətimiz bir çox dövlət və fərdi subyektlərin layihələrini həyata keçirib, məsələn, “Petronas”, “Petrofac”, “Hyundai” və “Dragon Oil”, “Gilan Holding”, “Azeravtoyol”, “Pasha Construction”, “Pasha Holding”, Əmlak Məsələləri Dövlət Komitəsi, “PDVSA Petroleos De Venezuela S.A.”, SOCAR, “Azersu”, “Baku Bus” və s.

“İlk İnşaat” şirkəti 2015-ci ildən bəri ENR jurnalının “Dünyanın ən böyük 250 podratçı şirkəti” siyahısında yer almaqdadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600