Amerikalı milyarder Ukraynanın uğurlu hücum aksiyasını sabotaj etməkdə şübhəli bilinir.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, ABŞ Senatı Ukraynanın Sevastopol istiqamətinə hazırladığı hücumun baş tutmamasında milyarder İlon Maskın rolunun olub-olmadığını araşdıracaq.
Məlumata görə, araşdırma aparılmasına dair qərar Ukrayna ordusunun Rusiya işğalı altında olan Krım istiqamətində hücum kampaniyası ərəfəsində “Starlink” peyk şəbəkəsini söndürməsi qərarı ilə əlaqədar qəbul edilib.
Senatın komitə sədri Cek Rid bildirib ki, “Starllink” fəaliyyəti ilə bağlı hesabat ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid yaradan bəzi məqamları aşkara çıxarıb.
Qeyd olunur ki, Maskın “Space X” şirkəti “Starlink” şəbəkəsini idarə etməklə yanaşı, həm də ABŞ Müdafiə Nazirliyinin sifarişi əsasında casus-peyklərin istehsalı ilə də məşğuldur.
Rid əlavə edib ki, nə Mask, nə də başqa bir sahibkar ölkənin milli təhlükəsizlik məsələsində son söz sahibi ola bilər.
www.yenicag.az