İlon Maskdan sürücüsüz TAKSİLƏR

media-hightechnic-468x90

“Tesla” şirkətinin qurucusu və CEO-su İlon Mask uzun müddətdir gözlənilən sürücüsüz taksi xidmətinin istifadəyə verildiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə milyarder sahibkar rəsmi “X” (keçmiş Twitter) hesabında paylaşım edib.

Maskın sözlərinə görə, “robotaksi” xidməti ilkin mərhələdə ABŞ-ın Texas ştatının Ostin şəhərində fəaliyyət göstərəcək.

İ. Mask qeyd edib ki, taksi xidməti tamamilə avtonom şəkildə həyata keçiriləcək və sərnişinlərə 4.20 dollara xidmət göstərəcək. O, təhlükəsizlik məsələsinə “super paranoyak” yanaşacaqlarını və yalnız “Tesla”nın təhlükəsiz hesab etdiyi marşrutlar üzrə hərəkət ediləcəyini vurğulayıb.

Qeyd edək ki, yeni xidmət üçün istifadə ediləcək avtomobillər “Tesla Model Y” bazasında qurulub və şirkətin ən son süni intellekt texnologiyası – “Full Self-Driving” (FSD) proqramı ilə təchiz olunub. Sürücüsüz avtomobillər ətraf mühiti səkkiz kamera vasitəsilə analiz edərək idarəetməni həyata keçirəcək.

Mütəxəssislər bu yeniliyin avtomobil sənayesi və şəhər nəqliyyatı baxımından inqilabi dönüş nöqtəsi ola biləcəyini bildirirlər.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600