İlon Maskın sərvəti açıqlandı - 209 milyard

media-hightechnic-468x90

“Tesla” və “SpeysX” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti 200 milyard dolları keçib.

Yenicag.az xəbər verir ki, bu barədə, “Blumberq” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Maskın sərvəti 14,5 milyard artaraq 209 milyard dollara çatıb.

Qeyd edilib ki, bu dinamika “Tesla”nın səhmlərinin dəyərindəki artımla əlaqələndirilir.

Yanvar ayının əvvəlində Mask 195 milyard dollarla “Amazon”un qurucusu Ceff Bezosu geridə qoyaraq ilk dəfə dünyanın ən varlı adamları siyahısında birinci yerə yüksəlmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa