Bu şəxslərə əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək

media-hightechnic-468x90

İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qaydalarında dəyişiklik edilib.

Yenicag.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, əmək münasibətlərinə xitam verilərkən uşaqlı qadınlar və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə verilən əlavə məzuniyyətlərə görə də kompensasiya verilməyəcək.

Mövcud qanunvericiliyə görə, əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilmir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa