İmişlidə avtomobillər toqquşdu – 8 nəfər xəsarət aldı

media-hightechnic-468x90

İmişli baş verən avtoqəzada 8 nəfər xəsarət alıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında İmişlidə rayonunda məskunlaşan Füzuli rayon sakini, 1958-ci il təvəllüdlü Qasımov Fərmail Əlheydər oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə İmişli sakini, 1982-ci il təvəllüdlü Abışov Yengibar Yadigar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə avtomobilin sürücüləri, sərnişinlər Füzuli rayon sakinləri – 1963-cü il təvəllüdlü Cəfərova Elmira Adışirin qızı, onun bacısı, 1971-ci il təvəllüdlü Züleyxa Cəfərova, 2002-ci il təvəllüdlü Cəfərova Bəsti Elxan qızı, 2004-cü il təvəllüdlü Cəfərov Elşad Elxan oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Gülnar Cəfər qızı və Quliyeva Dərya Pərviz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600