İmişlidə qorxunc qəza

media-hightechnic-468x90

99927aİmişli rayonunda iki yük maşını toqquşub.

Hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Qaralar kənd sakini, 25 yaşlı Samir İlqar oğlu Qənbərov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən qarşıdan gələn “Shacman” markalı yük maşını ilə toqquşub. Baş verən yol qəzası nəticəsində “KamAZ”ın sürücüsü və “Shacman”da olan sərnişin, 25 yaşlı Babək Güloğlan oğlu Fəzilli müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb, onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600