!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişlidə silah-sursat tapıldı

!Reklam – Yazi

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd “AK-74” markalı avtomat, “Karabin”, “F-1” əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil veriblər.

www.yenicag.az

108
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv