!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İmkan ver danışım!” - Qonağın sözünü ağzında qoyan, efirdə at oynadan APARICILAR

!Reklam – Yazi

“İmkan ver danışım!”, “Sual vermisən, gözlə cavab verim”. “Sözümü kəsmə, sona qədər dinlə…”

Dəfələrlə rastlaşmışam, müğənni sözünü ağzında qoyan aparıcıya hiddətlənərək ona danışmaq üçün şərait yaratmasını tələb edib. Bəziləri isə abrına qısılaraq özünə qarşı olunan sayğısızlığa cavab verməyərək susub.
Axı ünsiyyət zamanı danışmaq qədər dinləmək də bir mədəniyyətdir. Dinləmək mədəniyyəti olmayan yerdə isə artıq mədəniyyətsizlik baş alıb gedir. Təəssüflər olsun ki, son vaxtlar belə hallarla daha tez-tez rastlaşırıq. Xüsusən də teleməkanda…

Dəfələrlə şahidi olmuşam, baxırsan, verilişdə aparıcı dəvət etdiyi qonağa sual verir. Amma suala cavab verməyə hazırlaşan müsahibin sözünü ağzında qoyur və başlayır, həmin adamın əvəzinə danışmağa. Özü yazıb, özü bəstələyib, özü oxuyan müğənnilər kimi, aparıcılarımız da özləri sual verir, özləri də cavablandırır. Təəssüf ki, eyni verilişdə bu hal dəfələrlə təkrarlanır. Yaxud da aparıcı qonağa sual verir, başlayır, divanın qoltuqlarına dırmaşıb ayağını-ayağının üstünə aşıraraq digər qonaqlarla, üzr istəyirəm ifadəmə görə, “mırt tutmağa”.

Kamera qarşısında eyforiyaya düşən aparıcının huşu kəsmir, yaxud da mədəniyyəti çatmır, axı sual verdiyim adamın cavabını dinləməliyəm. Ən azı etika xatirinə üzünə baxmalıyam. Handan-hana qonağa sarı çevrilib: “Buyurun, sizi eşidirik”, – deyir. Qarşılaşdığı sayğısızlıqdan çaşqınlıq keçirən adam yenidən başlayır danışmağa. Və yenə eyni sayğısızlıq…

Yüz faiz əminəm ki, minlərlə izləyici hər gün elə aparıcılara baxıb sinir krizi keçirməmək üçün kanalı çevirir. Amma bu da çıxış yolu deyil. Digər kanallarda da vəziyyət eynidir. Sanki bütün aparıcılar tutuquşu kimi bir-birini təkrarlamaqla məşğuldurlar. Məncə, günah onlarda yox, səviyyə anlayışından xəbərsiz olan və efirdə at oynadan belələrinə fürsət yaradıb teleməkana buraxanlardadır. Bəs harada qaldı efir mədəniyyətiniz, ay mədəniyyətdən xəbərsiz bəzi aparıcılarımız?!

Cəvahir

COP29

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv