Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İmperatorun 85 yaşı tamam oldu: Jurnalistlərlə görüşdü

Bu gün Yaponiya İmperatoru Akihitonun 85 yaşı tamam olur.

Yenicag.az xəbər verir ki, İmperator doğum günü münasibətilə jurnalistlərlə görüşüb. Gələn ilin aprelində imperator taxt-tacı təhvil verəcəyinə görə, bu, onun monarx kimi sonuncu mətbuat konfransı olub.

Mətbuat konfransında İmperator əsasən dövlətin simvolu kimi, arxada qalan illər barədə danışıb. O, eyni zamanda, qarşıda gözlənilən taxtdan imtina məsələsinə də toxunub.

İmperator Akihito deyib ki, taxta çıxdıqdan sonra o, Yaponiya Konstitusiyasına uyğun olaraq, dövlətin rəmzi kimi günlərlə İmperator obrazını axtarıb. Qeyd edib ki, vəzifələrinin icrasını davam etdirərək, taxtı təhvil verənədək də gündəlik fəaliyyəti zamanı bunun üzərində düşünməkdə davam edəcək.

Tarixə ekskurs edən İmperator Okinava uğrunda döyüşləri xatırlatmaqla yanaşı, müharibədən sonrakı dövrdə də Okinava sakinlərinin qarşılaşdığı çətinliklər üzərində düşündüyünü bildirib.

İmperator deyib: “Biz ötən illərdə Okinava xalqının verdiyi qurbanlara diqqət göstərməkdə qətiyyətlə davam edəcəyik və bu münasibət gələcəkdə də dəyişməz qalacaq”.

Bəzi məqamlarda səsi titrəyən İmperator çıxışına davam edib: “Hesab edirəm ki, II Dünya müharibəsi zamanı həlak olan çoxlu sayda insanı unutmaq olmaz, o cümlədən müharibədən sonrakı dövrdə Yaponiyanın çiçəklənməsi və inkişafının da çoxlu qurbanlar, böyük zəhmət hesabına başa gəldiyini qeyd etmək lazımdır. Bu tarixi olduğu kimi, müharibədən sonra doğulanlara çatdırma lazımdır”.

İmperator vurğulayıb ki, Yaponiyada Heysey dövrünün müharibəsiz başa çatması ona dərin təsəlli verir. Sonra İmperator həmin dövrdə baş verən təbii fəlakətləri, 1995-ci ildə baş verən Hanşin-Avaci böyük zəlzələsini və 2011-ci ildə Yaponiyanın şərqində olan dəhşətli zəlzələni xatırladıb. Deyib ki, bu fəlakətlər çoxlu sayda insanın həyatına son qoyub və sonsuz sayda insana toxunub. Bildirib ki, həmin vaxt da və indi də o barədə düşünərkən keçirdiyi kədəri sözlə ifadə etməkdə çətinlik çəkir.

Sonra İmperator bəyan edib: “Bununla yanaşı, həmin çətinliklərələ qarşılaşan insanların arasında yaranan könüllülük və digər əməkdaşlıq formaları, təbii fəlakətlərlə mübarizəyə hazır olmağı dərk etmək və buna qarşı daim hazır olmaq xüsusiyyətləri onu sevindirib”.

Sonuncu mətbuat konfransının axırına yaxın İmperator həyat yoldaşı İmperatriçə Miçiko haqqında danışıb. 2019-cu ilin aprelində o və İmperatriçə toylarının 60 illiyini qeyd edəcəklər.

İmperator deyib: “İmperatriçə həmişə mənim yanımda olub, olduğum vəziyyətdə və İmperator kimi xidməti vəzifələrimin icrası zamanı mənim düşüncələrimi başa düşüb, məni dəstəkləyib”.

Çıxışını davam etdirən İmperator əlavə edib ki, dövlətin rəmzi olaraq getdiyi yolun sonuna çatmaqda olduğu bir məqamda o, bu işdə əməyi olan çoxsaylı insanlara səmimi qəlbdən minnətdarlığını çatdırmaq istəyir. O, həmçinin əlavə edib: “Mən səmimi qəlbdən İmperatriçəyə minnətdarlığımı bildirmək istəyirəm, o, çoxsaylı insanlardan biri olaraq, bu yolu mənimlə birlikdə addımlayıb və uzun illər ərzində böyük sədaqətlə İmperator ailəsinə və Yaponiyaya, xalqımıza xidmət edib”./AzərTac/

www.yenicag.az

4397
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100