Səmərqənddə “Böyük İpək Yolu” Beynəlxalq Turizm Mərkəzində Özbəkistanın turizm potensialının tanıdılması məqsədilə sərgi təşkil olunub.
Yenicag.az xəbər verir ki, sərgidə Özbəkistanın 14 regionunun turizm potensialı tanıdılıb, o cümlədən, Orta Asiya dövlətləri, Yaponiya, Çexiya, Fransa və Braziliyanın xüsusi stendləri quraşdırılıb, həmçinin ölkənin bir sıra qurumlarının fəaliyyəti haqqında məlumatlar təqdim olunub.
Tədbirqə son illərdə Özbəkistanda turizmin inkişafına yönəlik addımlar haqqında ətraflı danışılıb. Qeyd edilib ki, bu çərçivədə 100-dən artıq ölkə ilə viza rejimi aradan qaldırılıb, 55 ölkənin vətəndaşları üçün isə sadələşdirilmiş elektron viza qaydaları tətbiq olunub.
Eyni zamanda, infrastrukturun təkmilləşdirilməsi istiqamətində geniş işlər görülür, tək cari ildə 15 min yeni otel yeri istifadəyə verilib və bu göstərici 140 min səviyyəsinə qaldırılıb. Məlumata görə, 540 istirahət mərkəzi tikilib, 70 turizm marşrutu açılıb, 6 özəl aviaşirkət fəaliyyətə başlayıb.
Rüstəm Qasımov
www.yenicag.az