İndoneziya BRİCS-in tamhüquqlu üzvü oldu

media-hightechnic-468x90

BRİCS-ə sədrlik edən Braziliya İndoneziyanın qrupa tamhüquqlu üzv kimi qoşulacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu haqda Braziliya hökumətinin saytında qeyd olunub.

“BRİCS-ə sədrlik edən Braziliya hökuməti yanvarın 6-da İndoneziyanın təşkilata tamhüquqlu üzv kimi qoşulacağını elan etdi”, – bəyanatda deyilir.

Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri). BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib./Qafqazinfo/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600