Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İndoneziyada dəhşətli terror – Fotolar

indoneziya1İndoneziyanın paytaxtı Cakartada üst-üstə bir neçə terror hadisəsi törədilib.

Cakartada həyata keçirilən partlayışlar nəticəsində ən az 6 şəxs ölüb. Partlayışlardan 3-ü Türkiyə və Pakistan səfirliklərinin yaxınlığında, 1-i Birləşmiş Millətlər Təşkilatının ofisinin yaxınlığında olub. Daha bir partlayış isə ticarət mərkəzinin qarşısında həyata keçirilib. Həmin ərazidə dəbdəbəli hoteller, səfirlik və ofis binaları yerləşir.

İndoneziya hüquq mühafizə orqanaları başqa partlayışların ola bilmə ehtimalını əsas gətirərək əhaliyə çölə çıxmamaq haqda xəbərdarlıq edib. Partlayışlardan 3-ünü “canlı bomba”nın həyata keçirdiyi açıqlanıb. 14 terrorçunun isə partlayışlara dəstək verdiyi müəyyənləşib. Hələ ki, heç bir qruplaşma terror hadisələrini üzərinə götürməyib.

Artıq İndoneziya polisi partlayışlarla bağlı rəsmi açıqlama verib və terror hadisələrində partlayıcı qurğunun işə salındığını bildirib.(Aznews)

www.yenicag.az

478