!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İndoneziyadakı zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur - XİN

!Reklam – Yazi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib.

Yenicag.az xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

Başsağlığında deyilir: “Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq”.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

www.yenicag.az

1249
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv