!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İngiltərə klubunun futbolçusu və ailəsi ölümlə təhdid olundu

!Reklam – Yazi

İngiltərənin “Kristal Pelas” klubunun futbolçusu Yoahim Andersen və ailəsi ölümlə təhdid olunub.

Yenicag.az xəbər verir ki, 26 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında bildirib.

Danimarkalı oyunçu “Liverpul”la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın II tur matçında baş verənlərə görə təzyiqlə üzləşdiyini yazıb: “300-400 belə mesaj almışam. Hansısa komandaya azarkeşlik etdiyinizi anlayıram. Amma bəzi məsələlər var ki, ona hörmət etməlisən. Ümid edirəm ki, instaqram və Premyer Liqa rəhbərliyi bununla bağlı nəsə edəcək”.

Qeyd edək ki, “Liverpul”un futbolçusu Darvin Nunyes görüş ərzində Yoahim Andersenin təxribatlarına tap gətirməyib və onu başı ilə vurub. Portuqaliyalı oyunçu bu səbəbdən birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Nunyes III turda “Mançester Yunayted”lə qarşılaşmanı buraxacaq.

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv