İngiltərədən Türkiyəyə “Eurofighter” ilə bağlı YAŞIL İŞIQ – VİDEO

media-hightechnic-468x90

İngiltərənin İstanbuldakı Baş konsulu Kenan Poleo Türkiyəyə “Eurofighter Typhoon” qırıcı təyyarələrinin satışı ilə bağlı aparılan danışıqlar barədə mühüm açıqlama verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” portalı məlumat yayıb.

Məlumata görə, baş konsul bildirib ki, hazırda Türkiyə ilə “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükü üzrə aparılan müzakirələr “olduqca müsbət” istiqamətdə davam edir:

“Bu mövzu ilə bağlı danışıqlar konstruktiv şəkildə davam edir. Dörd ölkənin hamısının Türkiyənin bu təyyarələri almasını istədiyindən əminik. Dialoqları davam etdirmək istəyirik. Türkiyə bizim üçün çox önəmli tərəfdaş və NATO-da kilid müttəfiqdir”.

K. Poleo həmçinin bütün aidiyyəti ölkələrin bu satışın əhəmiyyətini dərk etdiyini vurğulayıb və məsələyə optimist yanaşdığını bildirib.

Qeyd edək ki, “Eurofighter Typhoon” təyyarəsi Birləşmiş Krallıq, Almaniya, İtaliya və İspaniyanın ortaq istehsalı olan IV nəsil çoxməqsədli qırıcı təyyarədir. Türkiyənin bu təyyarələri əldə etməsi hava qüvvələrinin modernizasiyası baxımından strateji əhəmiyyət daşıyır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600