!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnsanlar məsuliyyətli olmalı, gediş-gəliş məhdudiyyəti götürülməlidir” - Professordan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Uzun müddət insanlar sərt tədbirlərlə yaşaya bilməz. Sərhədlər açılmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında həkim, professor Adil Qeybulla bölgə və ölkələr arası gediş-gəliş məhdudiyyətlərinin aradan qaldırılmamasına münasibət bildirərkən deyib.

O, hətta bu məsələdə ölkə olaraq gec qaldığımızı da bildirib. A.Qeybulla hesab edir ki, karantin qaydalarının yumşaldılmasından öncə, bəzi təlimatlar hazırlanmalı idi:

“İstər sosial həyatın yumşaldılması, istərsə də sərhədlərin açılması mərhələ-mərhələ getməlidir. Sadəcə olaraq, karantin qaydaları yumşaldılmazdan əvvəl insanların fəaliyyəti üçün icazə verilmiş ticarət və iaşə obyektləri üçün təlimatlar hazırlanmalıydı. Məsələn, insanlar karantin qaydaları yumşaldılanda necə hərəkət etməlidirlər? Bunlar hazırlanmadan yumşaldılma gedib. Sonradan ayılıblar ki, bu, yoluxmaya səbəb ola bilər. İndi də qaydaları sərtləşdirmək istəyirlər. Bu da tamamilə qeyri-adekvat hərəkətlərdir. Biz birinci növbədə bu səhvə yol vermişik ki, karantin qaydaları yumşaldılmazdan öncə bu təlimatlar hazırlanmayıb. Taleyin ümidinə buraxılıb. Heç olmasa bundan sonra vətəndaşlar arasında maariflədirmə işi artırılmalıdır ki, ən azı karantin qaydalarına riayət etsinlər. Çünki potensial yoluxma həddən artıq çoxdur. Bu nəticələri yaxın zamanda görəcəyik. Sosial həyatda başqa ölkələrdəki kimi, sərhədlər açılıbsa, biz də sərhədləri açmaq məcburiyyətindəyik. Söhbət davranışlardan gedir. Yaponiyada heç Operativ Qərargah yoxdur, heç bir tədbir görülmür, amma ən az yoluxma ordadır. Uzun müddət insanlar sərt tədbirlərlə yaşaya bilməzlər. Sərhədlər açılmalıdır, heç olmasa indi bunu etmək lazımdır. Hər zaman yanlış qərarlar veririk. Millət qaydalara itaətkar olmalıdır. Bu qaydaları yapon, alman edə bilir, amma biz edə bilmirik?”

Cəvahir

www.yenicag.az

2281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv