İnsanlar pulu nələrə xərcləyir?

media-hightechnic-468x90

pul_qabi_0006 (1)2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 3573,3 manat və ya orta hesabla ayda 324,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,9 faiz bəndi üstələyərək 3,4 faiz olub.

Bu dövr ərzində ölkə əhalisi gəlirlərinin 69,5 faizini son istehlak xərclərinə, 9,1 faizini vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizini kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib, 18,8 faizini isə yığıma yönəldib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 30,6 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,1 faiz çox vəsait qalıb.

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600