İnterneti olmayan şagird necə imtahan verəcək? - Rəsmi
Sürətli internet bağlantısı və ya internetə çıxışı olmayan şagirdlər məktəblərdə imtahan verəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları”da öz əksini tapıb.
“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində qüvvədədir.