İnternetlə çap mediası müharibəsinin qalibi kim olacaq? – Sorğu

media-hightechnic-468x90

yenicag_qazetBu gün internet mediası informasiya mənbəyi olaraq, çap mətbuatını üstələyib. Artıq sosial şəbəklərdə paylaşılan xəbərlər gündəmi daha çox zəbt edir, nəinki hansısa qəzetin məqaləsi. Dünyanın bir çox ölkələrində nüfuzlu nəşrlər internet versiyasına daha önəm verirlər. Analoji hal Azərbaycanda da yaşanmaqdadır. Bu yaxın gələcəkdə çap mediasının sıradan çıxmaq ehtimalını gücləndirirmi? Media mənsublarının cavabları müxtəlifdir.  

Amil Hacıyev, Publika.az saytının baş redaktoru: “Məncə artıq on

10923295_10202356692398046_3622054928894851893_nline media çap mediasını tam zərərsizləşdirib. Online medanın hədəfi hazırda televiziyalardır. Çap mediası kitab oxunmayan ölkədə necə populyar ola bilər. Ancaq müəyyən insanlar qəzet oxuyur. Gündəlik xəbərləri artıq rahatlıqla internetdən oxumaq olur. Yalnız müəyyən yaşı olan, internetdən istifadə edən insanlar qəzet oxuyur. Bir müddətdən sonra çap mediası tamamilə sıradan çıxacaq. İndi qəzet, jurnalları, noutbuk, netbuk və planşetlər əvəz edir”.
10906113_518705261606115_3293387333640740155_nQafqaz Ömərov, Ölkə.az saytının baş redaktoru: “Onlayn medianın inkişaf tempini nəzərə alsaq gələcəkdə çap mediasının və iri nəşriyyat evlərinin çətin vəziyyətə düşəcəyini proqnozlaşdırmaq olar. Amma bunun hansı müddətə baş verəcəyini demək çətindir. Hələlik dünyada informasiyanı çap mediasından alan milyonlarla qəzet və jurnal oxucusu var. Bu isə çap mediasının tamamilə sıradan çıxmasının belə tez baş verməyəcəyindən xəbər verir”.1452142_10205140515575239_3345723361899785855_n

Günel Cəlilova, “Bakı-Xəbər” qəzetinin müxbiri: “Mən deməzdim ki onlayn media çap medianı sıradan çıxarır. Çap media hər zaman onlayn mediadan seçilib və deyərdim ki, 1 addım öndə olub. Çünki yazılı mətbuat sübüt sənəddir. Etiraf etmək lazımdır ki, bu gün əhali daha çox xəbərləri qəzet vasitəsilə deyil, internet üzərindən oxumağı üstünlük verir. Xarici ölkələrdə o cümlədən qonşu ölkə olan Türkiyədə əhali gündəlik xəbəri internet vasitəsilə deyil çap mediadan oxuyur. Bir qəzet işçisi olaraq çap medianı onlayn mediadan üstün tuturam”.
elshen-musayev-24-03-2012Elşən Musayev, jurnalist: “Online” medianin çap mediasını sıradan çıxarması nəinki mümkündür, hətta deyərdim ki labüddür. Çünki artıq internet əsrində yaşayırıq. Yayın və izləmə resusrları təkmilləşib. Klassik üsul müasir dövrün tələblərini ödəmir. Üstəgəl həm də yetərincə zaman itkisidir.Düzdür, çap mediası istənilən mətbu orqan üçün əlavə maliyyə gəliri deməkdir. Amma bütün hallarda inanmıram ki artıq bu üsul-formanı qoruyub saxlamaq mümkün olsun. Bəlkə də simvolika naminə çox qısa tirajlı bir ayrıcalıq etmək olar. Sırf nostalji sevərlər, internetdən uzaq köhnə nəslin nümayəndələri informasiyasız qalmasın deyə. Fəqət bir daha təkrar edirəm: Yalnızca lokal anlamda, dar spektrda.Şəxsən mən təxminən 5 ildir medianı internet resursları, sosial şəbəkə paylaşımları vasitəsilə izləyirəm. Sonuncu dəfə köşkdən nə zaman qəzet aldığımı isə xatırlamıram.

İsmayil İsmayilov 2İsmayıl Rafiqoğlu, Xeberler.az saytının baş redaktoru: ““Yeni texnologiyanın köhnəsini sıradan çıxarması adi haldır. Bir vaxtlar teleqraf dünyanı valeh etmişdi, möcüzəli bir yenilik idi. İndiki nəslin çoxu heç teleqrafın nə olduğunu bilmir. Nə qədər qəribə olsa da, hələlik teleqraf tam ölməyib, hələ də durur. İndi bir anda dünyanın o başına elektron məktub yollamaq olar, amma istəsən, adi kağızda məktub da yaza bilərsən. Ya da bu qədər müasir əyləncə mərkəzi, oyun avtomatı, 3D kinoteatr var. Bununla yanaşı teatr da yerindədir. Bəzi köhnə texnologiyalar nədənsə yaşayır, köhnə vinil valları indi də baha qiymətə alan var, onlar CD diski bəyənmirlər.Onlayn media artıq çap mediasını sıradan çıxarıb, nə qəzet alan var, nə də oxuyan. Gənclərin çoxu heç vaxt əlində qəzet tutmayıb. Vaxtilə qəzet bilən, oxuyan insanların sayı azaldıqca, bazar da azalır. Bütün çap mediasının internetdə saytı, sosial şəbəkədə səhifəsi var. Yəni çap mediasının sıradan çıxması artıq reallıqdır. Sadəcə, ola bilər o hansısa bir halda, kiçik formalarda yaşasın. Başqa texnologiyalar kimi öz yerini qorusun”.
Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600