Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədova qarşı bir sıra iddialar irəli sürülüb.
Belə ki, iddialara görə, İntiqam Məmmədovun 20 yanvar metrostansiyası keçidindəki qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyib. Onlarla sahibkarın İntiqam Məmmədovu onların fəaliyyətinə müdaxilə etdiyini deyilir. Hətta, bununla bağlı sahibkarlar tərəfindən ölkə Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət ünvanlanıb.
Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov səsləndirilən iddiaları təkzib edib.
O bildirib ki, COP29-la bağlı şəhərin bütün istiqamətlərində təmizlik işləri aparılır:
“Metronun giriş və çıxışında hansısa işlər aparılırsa, onun bizə heç bir aidiyyatı yoxdur. Mənim ora ilə nə işim var ki? Kim nə iddia yayıbsa, araşdırılsın, amma bizim ora heç bir aidiyyatımız yoxdur.
Ələ keçirmək istəyimlə bağlı suallarınıza gəldikdə isə cavab vermək istəmirəm. O ərazinin bizə heç bir aidiyyatı yoxdur. Qoyun orada Bakı Metropoliteni və digər müvafiq qurumlar iş aparsın”.
www.yenicag.az