"iPhone 17", "17 Pro" və "17 Air": "Apple"ın yeni dizaynı sızdı - FOTO

media-hightechnic-468x90

“iPhone 17” seriyasının bütün modellərini əks etdirən yeni maket fotoları internetə sızdırılıb. Xüsusilə narıncı rəngdə olan Pro modelləri dizayn və rəng palitrası ilə diqqət çəkir.

Yenicag.az xəbər verir ki, ehtimal olunur ki, “Apple” “iPhone 17” seriyasını sentyabr ayında təqdim edəcək.

Dörd fərqli modeldən ibarət olacaq seriyanın maket görüntüləri artıq ortaya çıxıb. “Apple”ın yeni nəsildə dizayn baxımından ciddi dəyişikliklərə gedəcəyi bir müddətdir müzakirə olunurdu və son sızıntılar da bu iddiaları təsdiqləyir.

media-img_4888

Yayımlanan fotolarda “iPhone 17”, “17 Air”, “17 Pro” və “17 Pro Max” modelləri yan-yana görünür. “Apple” bu il də klassik qara və ağ rəngləri qoruyacaq, əsas modellərdə isə yaşıl və çəhrayı rənglərə üstünlük veriləcək. Pro modellərə isə yalnız yeni narıncı rəng əlavə olunacaq.

  • media-img_4887

Bundan başqa, “Apple” loqosu əvvəlki nəsillərə nisbətən bir qədər aşağı yerləşdirilib.

Pro modellərin arxa panelində daha iri kamera çıxıntısı nəzərə çarpır. Sensörlərin dizaynı əsasən əvvəlki modellərə bənzəsə də, flaş və mikrofon soldakı ayrıca bölməyə yerləşdirilib. “17 Air” modelində tək kamera, “iPhone 17″də isə iki kameradan ibarət sadə modul mövcuddur.

Son məlumatlara görə, “Apple” bütün “iPhone 17” seriyasında “ProMotion” dəstəyi olan LTPO OLED ekran istifadə edəcək. Bu da yüksək yeniləmə tezliyinin yalnız Pro modellərlə məhdudlaşmayacağı anlamına gəlir.

Kamera baxımından da yenilik gözlənilir: “iPhone 17 Pro” modellərində 48 MP telefoto linza olacaq.

Qeyd edək ki, “iPhone 16 Pro”da bu göstərici 12 MP idi. Bütün modellərdə isə 24 MP ön kamera tətbiq ediləcək.

Digər tərəfdən, “iPhone 17 Pro” modelləri TSMC-nin 3 nm texnologiyası ilə istehsal edilən A19 Pro çipi ilə təchiz olunacaq

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa