İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 10 %-dən çox artıb

media-hightechnic-468x90

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin yanvar-iyun aylarını 12,669 milyon manat mənfəətlə başa vurub.

Yenicag.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.

I yarımildə İKZF-nın faiz gəlirləri 54,430 milyon manat (illik müqayisədə 21,8 % çox), faiz xərcləri 34,563 milyon manat (28,4 % çox), gözlənilən kredit zərəri 662 min manat (10,4 % az), haqq və komissiya gəlirləri 598 min manat (20,6 % çox), haqq və komissiya xərcləri 1,198 milyon manat (76,4 % çox), digər gəlirləri 860 min manat (11,1 % çox), insan resursları üzrə xərcləri 4,374 milyon manat (17 % çox), inzibati və digər xərcləri isə 2,421 milyon manat (0,9 % çox) təşkil edib.

Bu il iyulun 1-nə İKZF-nın aktivləri 3 milyard 673,862 milyon manat olub ki, bu da illik müqayisədə 19 % çoxdur. Bunun 2 milyard 413,765 milyon manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 11,4 % böyüyüb.

Hesabat dövründə Fondun öhdəlikləri 24,8 % artaraq 2 milyard 390,9 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 23,6 % artaraq 2 milyard 324,813 milyon manata, balans kapitalı isə 9,4 % artaraq 1 milyard 282,962 manata, o cümlədən nizamnamə kapitalı 8,9 % artaraq 1 milyard 068,4 milyon manata çatıb.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa