Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İqbal Ağazadə Tusi küçəsinin sakinləri ilə bir daha görüşdü - FOTOLAR

Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Tusi 49 ünvanında yaşayan seçicilərlə görüşüb.

Yenicag.az xəbər verir ki, soyuq hava şəraitinə baxmayaraq açıq fəzada keçirilən görüşdə izdiham yaşanıb.

İqbal Ağazadə çıxış edərək ölkə vətəndaşlarının bir çox problemlərini dilə gətirib, onların həll yollarının vacibliyini vurğulayıb: “Biz istəyirik ki, gənc nəsillərimiz, körpə balalarımız sağlam böyüsün. İnsanlar ehtiyac içərisində yaşamasın. Hər bir hökumət məmuru xalqın xidmətində dayanmalıdır”.

Seçkidə saxtakarlıq edə biləcək şəxslərə müraciətlə İqbal Ağazadə bildirib: “Üzümü komissiya üzvlərinə tuturam. Sizi allahınız, kitabımız, vicdanınız, namusunuz və şərəfiniz adına and verirəm ki, saxtakarlıq etməyin, bu millətin halal səsinə haram qatmayın. Allah bütün günahları bağışlayar, bircə qul haqqından başqa. Kimsənin, Ananın, atanın, körpənin haqqına girib günaha batmayın. Düşünməyin ki, bunu mandata görə deyirəm, bunu sizlərin çirkaba bulaşmamanız üçün deyirəm. Biz onsuz da seçicinin haqqını qorumağı bacarırıq”.

Görüşə qatılan seçicilər İqbal Ağazadəni əmin ediblər ki, mütləq seçkiyə qatılacaq və məhz ona səs verəcəklər.

www.yenicag.az

597
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100