İqlesiasla Kurnikova evlənir?

media-hightechnic-468x90

88956_5rd43knk10Dünyaca məşhur müğənni Enrike İqlesias sevgilisi, rusiyalı tennisçi Anna Kurnikova ilə münasibətini yeni mərhələyə keçirmək istəyir.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, ifaçının artıq evlənmək istədiyi ilə bağlı məlumatlar yayılıb.

Belə ki, evliliklə bağlı suallara həmişə sərt reaksiya göstərən müğənni bu dəfə gülümsəyərək cavab verib. 41 yaşlı Enrike “Məni gələcəkdə nəyin gözlədiyini heç kim bilmir” deyib.

İqlesias bundan əvvəl toyla söhbətlərdə bir parça kağızın onun üçün heç bir məna kəsb etmədiyini deyirdi.

Bu yaxınlarda Anna barmağında brilyant qaşı olan nişan üzüyü ilə görüntülənib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600