Vüsalə: “Pul xərcləməyən kişi görəndə elə bil…”
“Filmdə Nəsibə xanım deyir e, pul xərcləməyən kişi görəndə elə bil yumurtlamayan toyuq görürəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “İncəSəhər” verilişində deyib.
Aparıcı xəsis insanlardan danışıb:
“Xəsis insanlar gözümün düşmənidir. Filmdə Nəsibə xanım deyir e, pul xərcləməyən kişi görəndə elə bil yumurtlamayan toyuq görürəm. Bu, kişiyə, qadına şamil olunmur, amma xəsis, “bu gün də ötüşdürdüm, nə gözəl, pulum cibimdə qaldı”, deyən insanlar dünyada düşmənimdən düşməndir mənə. Mən qadın olaraq bunu heç vaxt özümə sığışdırmamışam. Dostlarla, rəfiqələrlə harada oturmuşuqsa, hər kəsdən qabaq hesabı verən insan olmuşam. Özümə sığışdırmamışam ki, kimsə mənim üstümdən hesab versin. Təbii ki, olduğu halda. Olmadığı halda da heç qatılmamışam”.
Nehru













