Xalq artistinin arzusu REALLAŞIR: “Nəhayət, bəxti açılacaq”

media-hightechnic-468x90

“Cəfər Cabbarlı adına Kinostudiyada təmir işlərinə başlanılıb. Yaxın zamanlarda kino məbədimizdə həyat əvvəlki kimi qaynayacaq”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.

Xalq artisti çoxdankı arzusunun reallaşdığını bildirib:

“Həmişə deyirdim, danışırdım ki, kinostudiya bərpa olunsun. Artıq arzularımız yerinə yetmək üzrədir. Cəfər Cabbarlı adına Kinostudiyada təmir işlərinə başlanılıb. Təmir başa çatandan sonra kino məbədimizdə həyat əvvəlki kimi qaynayacaq. Kino ilə məşğul olan bütün şirkətlər, prodüser mərkəzləri bir araya gələcək. Kinoya aid nə qədər qurum var, hamısı kinostudiyada yerləşəcək. Bu da kinomuzun inkişafı üçün atılan ən böyük addım deməkdir. Mənim də uzun illərdir ki, üzərində işlədiyim film ssenariləri var. Nəhayət ki, onların da bəxti açılacaq və yeni filmlərin istehsalına başlayacağıq”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05