!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqlim dəyişikliyinin sosial və iqtisadi vəziyyətə TƏSİRİ - ARAŞDIRMA

!Reklam – Yazi

“İqlim dəyişikliyi sosial və iqtisadi bərabərsizliyi artırır”.

Yenicag.az xəbər verir ki, bunu iqlim dəyişikliyinin sosial və iqtisadi vəziyyətə təsirindən danışan İsveçrə Konfederasiyasının prezidenti Alain Berset Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında etdiyi çıxışda deyib.

O bildirib ki, dünya gərginliklərlə dolu dönəmdədir, böyük qarşıdurmalar artır, böhranlar bir-birini izləyir:

“Qarşılaşdığımız çətinliklər çox əhəmiyyətlidir. Neqativ hallarla mübarizədə mentalitetimiz və münasibətimiz dəyişməzdir. Vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq. İkinci Dünya Müharibəsindən sonra ən mühüm böhran dövrünü yaşayırıq.

Güclü çoxtərəfli institutlar bərabərsizliklə mübarizə üçün həyati əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi sosial və iqtisadi bərabərsizlikləri də artırır. Bu bərabərsizliklər təkcə dünya dövlətləri arasında deyil, ölkə daxilində də özünü göstərir

Münaqişə və bərabərsizliklərdən təsirlənən mülki şəxslərin müdafiəsində çoxtərəfli qurumlar mühüm rola malikdir. Bütün münaqişələr fərqli səbəblərədn yaranır. Nəticədə isə bərabərsizlik yaranır, xüsusilə mülki şəxslərin əziyyəti artır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv