“İqtisadi böhran uzun çəkəcək”
Rusiyanı bürüyən iqtisadi böhran digərlərindən öz kəskinliyi və müddətinə görə fərqlənəcək.
Bunu RBK-ya müsahibəsində Rusiyanın sabiq maliyyə naziri, Mülki Təşəbbüslər Komitəsinin rəhbəri Aleksey Kudrin bildirib.
“Əgər hökumət səhvlərinə davam edərsə və iqtisadiyyatda islahatlar aparmazsa, bizi yaxın üç-dörd il ərzində mənfi inkişaf templəri gözləyir. Mənim optimist variantda 2%-ə qədər, pessimist variantlarda isə 4%-ə qədər etdiyim proqnozlarım artıq həm Mərkəzi Bank, həm də İqtisadiyyat Nazirliyinin rəsmi proqnozları ilə təsdiq edilib”, – o qeyd edib.
Sabiq nazir deyib ki bu, əsl böhrandır və uzun müddət davam edəcək:
“İki il balaca müddət deyil. Daha sonra ehtimal ki, durğunluq davam edəcək. Resessiyanın nə qədər davam etməsi Rusiyanın “sanksiyaların zəifləməsi” barəsində razılığa gəlib-gəlməməsi və öz iqtisadiyyatını islah edə bilməsindən asılıdır”.
(hafta.az)