İran ABŞ-yə güzəştə getmək niyyətində deyil
“ABŞ İranla bağlı məqsədlərinə hərbi yolla nail ola bilmədiyi üçün indi buna danışıqlar masası arxasında nail olmağa çalışır, lakin Tehran güzəştə getmək niyyətində deyil”.
Yenicag.az xəbər verir ki, bunu İslam Respublikasının Vitse-prezidenti İsmayıl İsfahani bəyan edib.
“Düşmən öz məqsədlərindən heç birinə nail ola bilmədi. Belə bir şəraitdə onun danışıqlar tələb etməsi tamamilə təbiidir. Düşmən özünü fövqəldövlət hiss edərək nəticə verməyən bir müharibəyə girişdi. O, hərbi əməliyyatları üç-dörd günə başa çatdırmağı planlaşdırırdı, lakin çıxılmaz vəziyyətə düşdü. İndi isə döyüş meydanında əldə edə bilmədiklərinə danışıqlar vasitəsilə nail olmağa cəhd edir”, – İsfahani bildirib.
O vurğulayıb ki, ölkəsi danışıqlar prosesində güzəştə getməyəcək: “İranın cavabı aydındır: döyüş meydanında qəbul etmədiyini, danışıqlar masası arxasında da qəbul etməyəcək”.













