!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Azərbaycan gərginliyinin GERÇƏK SƏBƏBİ: "Bu ölkə zəifləməkdən qorxur"

!Reklam – Yazi

“İran yaxşı bilir ki, Azərbaycanla münasibətləri korlasa regionda böyük təzyiqlərə məruz qalacaq”.

Bunu son günlər İran-Azərbaycan gərginliyinin bir qədər də artmasına münasibət bildirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, İranın gərginlik yaratmasının başlıca səbəbi Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsidir.:

“İran tərəfi qorxur ki, Türkiyə, Azərbaycan, İsrail İran üçün planlar qurub ölkəni zəiflətsinlər. İranın ən çox ehtiyat etdiyi İsraildir. Məhz Azərbaycanla sərhəddə “Xeybərin fəthi” adlı təlimlər keçirməsi təsadüfi deyil. Bu gün İranın keçdiyi təlimlər İsrailə mesajdır. Nə Azərbaycanın İranla, nə də İranın Azərbaycanla müharibə etmək fikri yoxdur.

Bəzi ekspertlərə görə, İran Naxçıvanı ələ keçirmək istəyir. İlk öncə deyim ki, Naxçıvan 1921-ci ilin Qars müqaviləsinə əsasən Türkiyə tərəfindən müdafiə hüququna malikdir. Ona görə də İran Naxçıvan istiqamətdə sərsəmlik etsə, qarşısında Türkiyəni görəcək.

Lakin zənn etmirəm ki, İran münasibətləri yoxuşa sürsün. İran hazırda təzyiqlərlə üzləşən dövlətdir. Amerika, İsrail və daxildəki aktiv ixtişaş qruplarının hərəsi bir tərəfdən fəaliyyətdədir. İran üçün müharibə məğlubiyyəti qəbul etmək deməkdir. Ehtimal edirəm ki, yaranmış gərginlik nizamlanacaq”.

Gülşən Şərif

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv