!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran Azərbaycana qarşı düşmənçilik siyasətindən geri çəkilmir”  - ŞƏRH

!Reklam – Yazi

“İran Güneydə başlayan hərəkatın istinad nöqtəsi kimi müstəqil Azərbaycan dövlətini qəbul edir”.

Bunu bir müddət Azərbaycana qarşı düşmənçilik fəaliyyətində səngimə müşahidə edilən İranın yenidən fəallaşmasından danışan “Cümhuriyyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İranla münasibətlərin kəskin xarakter alması Azərbaycanın marağında olmayan məsələdir:

“İran tərəfi adekvat münasibətdə deyil və Azərbaycana qarşı düşmənçilik siyasətindən geri çəkilmir. İran rejiminin siyasətinin təməlləri Azərbaycana qarşı düşmənçilik və ədavət üzərində qurulub. İndiyə kimi üzdə görünən diplomatik münasibətlər nə qədər zahirdə tolerant görünsə də, batildə elə deyil.

İki ölkə arasındakı münasibətlər bundan sonra da diplomatik normaların ən yüksək həddində olsa, Tehran rejiminin bizə qarşı ədavəti və düşmənçiliyi dəyişməyəcək. Bunun da ən başlıca səbəbi İranın Azərbaycanı öz başı üzərində “Damokl qılıncı” hesab etməsidir. İran rejimi Güney Azərbaycan faktorundan qorxur. Molla rejimi hesab edir ki, İranda rejimin dəyişilməsinin, teokratik diktaturanın yox olmasının yeganə mənbəyi Güney Azərbaycandır.

Əfqanıstandakı Taliban rejimi faktiki İrana müharibə elan edib, sərhəd-keçid mənqtələrini tutub. Amma İran onlarla münaqişədən qaçmağa çalışır. Nəyə görə? Çünki qarşısını ala biləcəyini düşünür. Talibanın hücumu və ya başqa bir müdaxiləsi İranı daxildən parçalamayacaq, əksinə məzhəb və Amerika qorxusu onları birləşdirəcək, müqaviməti artıracaq. Güneydəki soydaşlarımızın isə başlatdığı hərəkat İranda molla rejiminin müqavimətini qıracaq və İranda demokratiya uğrunda mübarizə başlayacaq. Demokratik hərəkat isə sonda azadlıq, xalqların öz müqəddəratını təyin etmə hərəkatına çevriləcək. Güneydə başlayan hərəkatın istinad nöqtəsi kimi isə müstəqil Azərbaycan dövlətini qəbul edir. Bu səbəbdən də diplomatik normaları aşır, beynəlxalq hüququ heçə sayaraq, bizə qarşı müxtəlif çirkin oyunlar planlayır, terror törədir.

İranın molla hakimiyyəti Azərbaycanın nəinki inkişafını, mövcudluğunu istəmir. Tapılan sənədlərin mövcudluğu və orijinallığı şübhə doğurmur. Təbii ki, İran hakimiyyəti bunu danır və internet saytına kiber hücum olmadığını bəyan edir, amma Prezident Adminsitrasiyasının saytı günlərdir işləmir. Bu fakt özü-özlüyündə həmin sənədlərin orijinallığını təsdiq edir. Azərbaycanın Tehrandakı səfirliyinə olan hücum İran rejimi tərəfindən hazırlanan terror aktı idi. Yayılan sənədlər də bunu təsdiqləyir.

İranın Azərbaycana qarşı tolerant davranacağını gözləmək özü sadəlövhlükdür. 27 yaşlı azərbaycanlı tələbə Fərid Səfərliyə verilən ittihamlar da bunu sübut edir. Gənc bir oğlan, tələbə keçmiş sevgilisi ilə görüşmək üçün İrana gedir, amma ona qarşı casusluq ittihamı irəli sürülür. Absurd qərardır. O kimin casusudur? Bu məlumatı da verərdilər. Nəzəri cəhətdən hamıya casus demək olar, bəs faktlar hanı?

İran rejimi Azərbaycana qarşı düşmənçilik və qərəz siyasətini davam etdirib və etdirir. 28 May – Respublika Günü ilə bağlı Azərbaycana 2 gündən sonra diplomatik normalara görə təbrik göndərildi. Halbuki Ermənistana elə həmin gün İran Prezidentinin təbriki göndərilmişdi. Azərbaycan haqlı olaraq İrana nota verib. Münasibətlərin bu formada davam etdirilməsi, məcradan çıxması İran rejiminin xidmətidir. İran televiziyaları səhərdən-axşama qədər Azərbaycana “zəhər” yağdırır, təhqirlər sələndirir. Bütün bunlar molla rejiminin Azərbaycana qarşı düşmənçiliyinin göstəricisidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv