İran döyüşçüləri İŞİD-ə əsir düşdü
Suriyanın Dera kəndində İrandan 3 min əsgər döyüşür. Azad Suriya Ordusunun tərkibində vuruşan iranlıların komandanı İmad Cəfəri cihad üçün gəldiklərini açıqlayıb.
Yenicag.az aznews-a istinadən xəbər verir ki, İ.Cəfəri və bir neçə silahdaşı artıq “İslam dövləti” üzvlərinə əsir düşüb. O əvvəlcədən deyib ki, İmam Hüseyn tərəfdarı olaraq Həzrəti Zeynəbin türbəsini qorumağa gəlib: “İki ay əvvəl Şamdan Livandakı Hizbullah təşkilatı üzvləri, əfqan və pakistanlılardan formalaşan 900 nəfərlik qrupla Dera kəndinə gəldik. Vəzifəmiz Şamın cənubunu qorumaq idi. Onların Dera-Şam istiqamətinə irəliləməsinə mane olmaqdı. Bizə toqquşmalarda əlavə qüvvə göndərilsə də, o bölgə ələ keçirildi”.