!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran edam olunanların sayına görə REKORD QIRDI - STATİSTİKA

!Reklam – Yazi

İranda son on gündə ən azı 28 nəfər edam edilib.

Yenicag.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

İran İnsan Haqları Təşkilatının statistikasına görə, 2024-cü ilin əvvəlindən İranda ən azı 71 nəfər həbsxanalarda edam edilib.
Onlardan 28-i təkcə yanvarın 21-dən 31-ə qədər öldürülüb, onlardan ən azı 6-sı siyasi məhbus, 22-si isə narkotik və qətlə görə öldürülüb.

İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 2023-cü ildə İranda 25 qadın və iki uşaq cinayətkar da daxil olmaqla azı 791 vətəndaşın edam edildiyini qeyd edib.
Bu da əvvəlki illə müqayisədə 33 faizdən çox artım deməkdir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv