Reklam: High Technic
hightechnic

İran hökuməti Türkiyəyə nota verdi

скачанные файлы (1)İran hökuməti bu ölkəyə məxsus yük avtomobilləri və avtobusların Türkiyə ərazisində PKK terrorçularının hücumuna məruz qalması ilə əlaqədar Ankaraya nota verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb. Ona İran vətəndaşlarının Türkiyədə hücumlara məruz qalmasından duyulan narahatlıq çatdırılıb və Ankaradan ciddi tədbirlər görməsi tələb olunub.

Qeyd edək ki, iyulun sonlarından indiyə qədər Türkiyədə İrana məxsus 9 ədəd yük avtomobili və 1 sərnişin avtobusu terrorçuların hücumuna məruz qalıb. Nəticədə 1 İran vətəndaşı ölüb.

www.yenicag.az

76