İran molla rejiminin uşaqları döyüşlərə cəlb etdiyini sübuta yetirən foto ortaya çıxıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bu foto SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin müharibədə uşaqlardan istifadəsini sübut edən sənəddir.
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə etiraf edib ki, İran-İraq müharibəsində ölənlərin 20%-i məktəblilər olub.
Əlləri Ukrayna təyyarəsinin sərnişinlərinin qanına bulaşmış həmin general televiziya proqramında İraqla müharibədə hökumətin yeganə dayağının şagirdlər tərəfindən formalaşdırıldığını da etiraf edib.
www.yenicag.az