İran müxbiri azad etməyi düşünür

media-hightechnic-468x90

img1741378The Daily Mail ”in Münxendən verdiyi xəbərdə deyilir ki, “The Washington Post” qəzetinin Tehranda həbs olunmuş əməkdaşı tezliklə bəraət ala bilər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərlə söhbəti zamanı belə bir fikir səsləndirib. “The Washington Post” qəzetinin köşə yazarı David İqnatiusun sualına cavab verən İranın xarici işlər naziri deyib ki, o, Cason Rezaianın anasını axtarıb, onları ziyarət etmək fikrindədir.

Münxendə keçirilən Təhlükəsizlik Şurasının konfransında iştirak edən Məhəmməd Cavad Zərif deyib: “Mən ümid edirəm ki, o, məhkəmə tərəfindən bəraət alacaq. Və həmin gün onun həyatında ən əlamətdar gün olacaq”.

“The Daily Mail ” yazır ki, “The Washington Post”un İran əsilli müxbiri Cason Rezaian, onun xanımı Yeganə Salehi və iki fotorepartiyor iyulun 22-də Tehranda həbs olunublar. Sonra Cason Rezaiandan başqa hər kəs azad edilib.

Maraqlıdır ki, İran rəsmiləri hələ də Cason Rezaianın hansı səbəbdən həbs olunduğu və hansı maddələrlə ittiham edildiyi barədə heç bir açıqlama verməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600